“Rusiya hərbi rəhbərliyi Donetsk vilayətinin Baxmut şəhərinə xüsusi təyinatlılarını göndərəcək".
Ednews “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib.
Onun sözlərinə görə, şəhərdə vəziyyət çətindir, lakin idarə olunandır:
“Rusiya Silahlı Qüvvələri “Suriya” taktikasından istifadə edir. Yəni onlar hava zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri dağıdırlar”.
General qeyd edib ki, hazırda gərgin döyüşlər gedir, vəziyyət Ukrayna qoşunlarının nəzarəti altındadır.