Kuba Milli Xalq Assambleyası prezident Migel Mario Diaz-Kanel Bermudezini daha 5 il müddətinə dövlət başçısı seçib.
Ednews xəbər verir ki, bu barədə yerli KİV-lərdə məlumat verilib.
Bundan əlavə, vitse-prezident Salvador Valdes Mesanı təsdiqləyib.Kubanın Milli Xalq Assambleyası dünən 63 yaşlı hazırkı prezident Migel Mario Diaz-Kanel Bermudezin yenidən seçilməsinə səs verib. Diaz Canel daha 5 il Kubanın prezidenti vəzifəsini icra edəcək. Kuba parlamentində 462 deputatın olduğu Milli Xalq Hakimiyyət Assambleyası dünən keçirilən səsvermədə hazırkı prezident Migel Mario Diaz-Kanel Bermudezin yenidən dövlət başçısı seçilməsinə səs verib. Mart ayında keçirilən ümumi seçkilərlə vəzifəyə başlayan Kuba Milli Xalq Assambleyası vitse-prezident Salvador Valdes Mesanı 439 “hə” səsi ilə təsdiqlədi.
Əbülfət Baxşəli