Myanmarda buddistlərin müqəddəs Tam Ay bayramı münasibətilə məhbuslar azad edilib.
Ednews BƏƏ-nin "24ae" nəşrinə istinadən xəbər verir ki, Myanmar hərbi xuntası orduya qarşı müxalifliyi cinayət hesab edən qanunun tələblərinə əsasən saxlanılan 2153 məhbusu əfv etdiyini açıqlayıb.
Myanmar hərbi şurası 2021-ci ilin fevralında hakimiyyəti ələ keçirdikdən sonra üç ilə qədər həbs cəzasını nəzərdə tutan bu qanunu müxaliflərə qarşı repressiyalarında geniş tətbiq edir.
Hərbçilərin hökuməti ələ keçirməsi nəticəsində ölkəni xaos bürüyüb, 21 mindən çox adam, həmçinin, 170 jurnalist həbs edilib.
Myanmar dövləti, adətən, milli Buddist bayramları münasibətilə minlərlə məhbus barədə amnistiya imzalayır.
Törə Zeynal