Xəbər verdiyimiz kimi, İlon Mask deyib ki, milyarder Corc Soros insanlığa nifrət edir. “Twitter”in rəhbəri bununla bağlı şəxsi sosial şəbəkəsində paylaşım edib. Mask yazıb ki, Soros ona "İks Adamlar" kainatının canisi Maqnetonu xatırladır.
Ednews xəbər verir ki, Mask Sorosu Maqneto ilə müqayisə etdiyinə görə bu gün üzr istəyib.
“Bu müqayisəyə görə üzr istəyirəm. Maqnetoya qarşı həqiqətən haqsızlıq etmişəm", deyə o, qeyd edib.
Xatırladaq ki, iki gün öncə sosial şəbəkələrdə 92 yaşlı Corc Sorosun infarkt keçirərək öldüyü barədə xəbər yayılmışdı.
Ardınca Sorosun özü təkzib edərək, sağlam olduğunu bildirib.