“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”.
Ednews xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları və nazirlərlə keçirdiyi iclasda Brüssel görüşünün nəticələrini müzakirə edərkən deyib.
O, Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.