Ayaqlarını Pelosinin stolunun üstünə qoyan şəxs 4,5 il həbs cəzasına məhkum edilib.
Ednews Fox News-a istinadən xəbər verir ki, Arkanzas ştatından olan Riçard Biqo Barnettin Kapitoliyə hücum zamanı ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelosinin iş yerindən çəkilmiş fotosu sosial şəbəkələrdə yayılıb.
Barnett ittiham aktının bütün səkkiz maddəsi üzrə, o cümlədən asayişi pozmaq və rəsmi dinləmələrə mane olmaq ittihamları üzrə təqsirli bilinib.
Federal prokurorlar hakimdən Barnett-ə 7 ildən çox həbs cəzası verməsini, bunun ardınca üç il şərti azadlığa buraxılmasını istəyiblər, lakin məhkəmə ona cəmi 4,5 il cəza verib.
Qeyd edək ki, Vaşinqtonda Kapitoliyə hücumla başa çatan iğtişaşlar 2021-ci il yanvarın 6-da baş verib.
Həmin gün ABŞ Konqresi Seçicilər Kollegiyasının səsverməsinin nəticələrini təsdiq etməli idi, ona görə prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəldi. ABŞ-ın o zamankı prezidenti Donald Tramp dəfələrlə bəyan etmişdi ki, seçkilər çoxsaylı pozuntularla keçib və o, qalib olub.
Nurlana Hacıyeva