Alman həkim və alim, virusoloq, 2008-ci ildə fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı Harald zur Hausen vəfat edib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Harald zur Hausen 1936-cı il martın 11-də Gelzenkirxendə anadan olub. O, Bonn, Hamburq və Düsseldorf Universitetlərində tibb təhsili alıb, 1960-cı ildə tibb elmləri doktoru dərəcəsini alıb.
Qeyd edək ki, Zur Hausen xərçəngə səbəb olan insan papillomaviruslarına qarşı peyvəndin yaradılmasının əsasını qoyub. Hazırda dünyada milyonlarla insan bu elmi nailiyyətdən bəhrələnir.
Oğuz