Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulması ilə bağlı narahatlığını bildirib.
Ednews xəbər verir ki, o bu barədə "Twitter" hesabında bildirib.
“Aİ regionda baş verənləri yaxından izləyir. Gərginlik dayandırılmalıdır. Ardıcıl görüşlərin müsbət dinamikasını davam etdirmək və danışıqlar masası arxasında Azərbaycana, Ermənistana və bütün regiona fayda verəcək nəticələr əldə etmək vacibdir”, - Klaar vurğulayıb.