Şimali Osetiya Respublikasında leysan yağışlar səbəbindən 1500 fərdi evə ziyan dəyib.
Ednews etokavkaz.ru-ya istinadən xəbər verir ki, bəzi evlərdə zirzəmilərdən suyun çəkilməsi davam edir. Təcili bərpa işlərində 200-dən çox insan, o cümlədən 50-dən çox könüllü iştirak edir.
Bazar günü yağan leysan səbəbiylə Vladiqafqazda fövqəladə vəziyyət tətbiq edilib.
Fövqəladə vəziyyət respublikanın leysan yağışına səbəb olan Priqorodnı rayonunda da tətbiq edilib.
Şimali Osetiyada leysandan zərər çəkmiş bütün evlərin sakinlərinə 10 min rubl məbləğində birdəfəlik ödəmələr veriləcək.
Nurlana