Gürcüstanda müxalifətin bəzi nümayəndələri "Vaqner" özəl hərbi təşkilatın üsyan cəhdi zamanı Abxaziya, Cənubi Osetiya və hətta Soçiyə tanklarla girməyi planlaşdırıblar.
Ednews xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.
“Biz xatırlayırıq ki, Milli Hərəkat (Birgə Gürcüstan müxalifəti - red.) Priqojinə necə dəstək oldular, ona şüarlar və şeirlər həsr etdilər. Priqojin uğur qazandığı təqdirdə tanklarla təkcə Abxaziya və Sxinvaliyə deyil, həm də Soçiyə girməyi planlaşdırırdılar", deyə Kobaxidze Facebook səhifəsində yazıb.
"Müxalifət gizlətmirdi ki, əgər müvafiq imkanları olsaydı, tanklarla Abxaziya və Sxinvaliyə girmək üçün ilk şansdan istifadə edərdilər”, deyə o, əlavə edib.
Partiya rəhbəri vurğulayıb ki, Gürcüstanda “ikinci cəbhə” açılsaydı, onlar abxazlar və osetinlərlə vuruşmalı olacaqdılar.
“Gürcülərin abxazlar və osetinlərlə yenidən bir-birinin qanını tökməsi qəbuledilməzdir. Bu, gələcək nəsillərə qarşı ən böyük cinayət olardı”, – Kobaxidze bəyanatında bildirib.