Macarıstanın xarici işlər naziri Peter Szijarto Ukraynanın hərbi münaqişə bitməmiş NATO-ya üzv olmaq planlarına münasibət bildirib.
Ednews xəbər verir ki, bu barədə TASS nəşri məlumat verib.
Nazir xüsusilə iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə Ukraynanın alyansa dəvət ala bilməyəcəyi sualını cavablandırıb. Onun sözlərinə görə, bu, mümkün deyil, çünki müharibə şəraitində olan ölkənin NATO-ya üzvlüyü müzakirə olunmur.
O, həmçinin bəyan edib ki, avropalı həmkarlarının böyük əksəriyyəti bu məsələnin gündəliyə salınmasının əleyhinədir.
Nurlana