Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu Paris Saint-Germain-in hücumçusu Kilian Mbappeni rekord qiymətə - 300 milyon avroya almağa hazır olduğunu açıqlayıb. Ednews-un verdiyi məlumata görə, bu barədə Fabrizio Romano Twitter səhifəsində məlumat verib.
Romanonun sözlərinə görə, səudiyyəlilər artıq parislilərə rəsmi təklif ediblər. Qeyd olunur ki, hələlik futbolçunun nümayəndələri ilə danışıqlar aparılmır. Hazırda futbol tarixinin rekord transferi braziliyalı hücumçu Neymarın 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçməsidir.
Nurlana