Bu gün 2023/24 mövsümü Misli Premyer Liqası start götürüb.
ednews xəbər verir ki, budəfəki yarış 10 komandanın iştirakı ilə dörd dövrədə keçirilir.
Avqustun 4-ü başlanan çempionata 2024-cü ilin mayın 26-da yekun vurulacaq.
Yarışın açılış matçı Mərdəkandakı “Dalğa Arena”da olub. Ötən mövsüm birinci divizionun qalibi olaraq yüksək liqada iştirak etmək hüququ qazanan “Araz Naxçıvan” “Turan Tovuz”u qəbul edib və 0:3 hesabı ilə uduzub
Turun digər görüşləri avqustun 5-i və 6-da keçiriləcək.
4 avqust
20:00. “Araz Naxçıvan” - “Turan Tovuz” - 0:3
Qollar: Martin Petkov, 53, 87, Otto Con, 67
“Dalğa Arena”
5 avqust
18:30. “Səbail” - “Sumqayıt
21:00. “Qarabağ” - “Zirə”
6 avqust
17:00. “Kəpəz” - “Neftçi”
20:00. “Sabah” - “Qəbələ”