Estoniya polisi taninmış aktyor Aleksey Panini sərxoş halda əlbəyaxa dava saldıqdan sonra saxlayıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, aktyor oteldə öz nömrəsinə gəldiyini düşünərək Tallində yad adamların olduğu otağa girib və onlarla dava edib.
Hüquq-mühafizə orqanlarını aktyoru saxlayaraq ayıqlıq məntəqəsinə aparıblar. Aktyorun Rusiyaya deportasiya olunacağı deyilir.
Aynurə İsmayıl