NASA Urmiya gölünün kosmosdan son görüntülərini yayıb.
Ednews xəbər verir ki, fotolar NASA-nın rəsmi saytında dərc olunub.
Yayılan görüntülərə əsasən gölün 95 faizdən çoxu quruyub.
Ekoloqlar bərpa işləri aparılmadığı üçün Urmiya gölünün sentyabr ayında tamamilə quruyaraq yox olacağını bildiriblər.
Qeyd edək ki, son günlərdə Urmiya gölünün quruması ilə bağlı internet saytlarında “Duzun getdiyi hər yerdə quraqlıq olacaq” başlığında xəbərlər dərc edilir.
Oguz