Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatlarına görə, dünya əhalisinin üçdə biri hələ də internetə daxil ola bilmir.
Ednews zdf.de istinadən xəbər verir ki, Son bir ildə internetə daxil olan insanların sayı 100 milyon artıb.
Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) dünya əhalisinin üçdə birinin hələ də internetə çıxışı olmadığını açıqlayıb.
BMT-nin texnoloji məsələlərlə məşğul olan alt təşkilatı İTU, keçən ildən bu yana dünyada internetə çıxışı olan insanların sayının 100 milyon nəfər artaraq 5,4 milyard nəfərə çatdığını açıqlayıb. Sözügedən rəqəmin dünya əhalisinin 67 faizinə uyğun gəldiyini bildirən İTU, internetə çıxışı olmayan insanların sayının 2,6 milyard olduğunu açıqlayıb.
Xəyal Ramiz