Braziliya Roma Statutunda imzasını geri götürərək Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iştirak etmək qərarına yenidən baxa bilər.
Ednews-un məlumatına görə, bu barədə ölkənin ədliyyə və ictimai təhlükəsizlik naziri Flavius Dinu bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsi Braziliya hüquq sisteminə daxil edilib, lakin bir çox ölkələr, o cümlədən ən güclü dövlətlər bunu etməyiblər:
“Bu onu göstərir ki, nə vaxtsa Braziliya diplomatiyası bu sazişə qoşulmaq qərarına yenidən baxa bilər. Çünki müxtəlif ölkələrdə bu alətin tətbiqində bərabərlik yoxdur”.