Məşhur moda şirkəti Prada NASA-nın yeni Ay kostyumunu dizayn edəcək.
Ednews "BBC" ə istinadən xəbər verir ki, Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) astronavtları 2025-ci ildə Ay missiyası zamanı lüks modelyer Prada tərəfindən hazırlanmış skafandr geyinəcəklər.
İtaliya şirkəti paltarların dizaynı üçün kosmik şirkət Axiom Space ilə əməkdaşlıq edəcək.
Axiom Space insanların kosmosa uçuş xidmətlərini və insan dostu kosmik infrastrukturu inkişaf etdirir.
Əkbər