Türkiyənin Qaziantep şəhərində səhər saatlarında yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın baş verib.
Ednews türk mediasına istinadən xəbər verir ki, qorxu və panikanın yaşandığı hadisədə 5 avtomobil külə dönüb, hadisədən sonra yanğın törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb.
Yanğını görən ətrafdakı vətəndaşlar Təcili Zəng Mərkəzinə məlumat verdikdən sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis göndərilib.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları qısa müddətdə böyüyərək dayanmış avtomobilləri və maşınların qarşısındakı boş binanı əhatə edən yanğına müdaxilə edib.
Digər tərəfdən, hadisə ilə bağlı yanğın törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Oğuz