Böyük Britaniyanın Baş Naziri Rişi Sunak süni intellektin dünya üçün olduqca yararlı ola biləcəyini deyib.
Ednews BBC-ə istinadən xəbər verir ki, Baş Nazir süni intellektin kimyəvi və bioloji silahların hazırlanmasında kömək edə biləcəyini bildirib.
Qeyd edək ki, son günlərdə Avropada sünu intellektin zərərli olub olmaması haqqında müzakiələr gedir.
Məsələ ilə bağlı bir çox Avropa ölkəsi rəsmiləri yeni texnologiyanın işsizliyin sayının artırdığını iddia etsə də, Sunak süni intellektin artıq yeni iş yerləri yaratdığın açıqlayıb.
Baş Nazir, həmçinin süni intellektin ölkədə texnologiyanın və iqtisadiyyatın inkişafına güclü təkan verəcəyini bildirib.
Fərid Axundov