Elon Maskın kosmik şirkəti olan “SpaceX”-də Marsa uçuşların sürətləndirilməsi üçün aparılan tədbirlər yaralanan işçilərin sayının artmasına səbəb olub.
Ednews The Telegraph-a istinadən bildirir ki, məşhur milyarder Mars əməliyyatlarının sürətləndirilməsi üçün təlimatlar verib.
Mars proqramı üçün atılan xüsusi addımlar şirkət işçilərinin daha uzun saatlarla işləməsi və onların yaralanması halları artıb.
Xəbər görə, indiyə qədər şirkətdə qeydə alınmamış 600-dan çox yaralanma halı baş verib ki, bunlara qırılmış qabırğalar, amputasiya, baş, göz yaralanmaları və bir ölüm halı daxildir.
“SpaceX” işçiləri milyarderin Marsı koloniyalaşdırmaq istəyinin bədəlini öz canları ilə ödədiklərini deyiblər.
Fərid Axund