Bu gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş keçiriləcək.
Ednews xəbər verir ki, görüşün Qazax-İcevan sərhədində keçirilməsi planlaşdırılıb.
Əldə olunan razılaşmaya əsasən, noyabrın 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti - 5-ci iclası baş tutacaq.
Komissiyalara Azərbaycan tərəfdən Şahin Mustafayev, Ermənistan tərəfdən Mqer Qriqoryan sədrlik edir.