Dünyaca məşhur qraffiti rəssamı Benksinin çəkdiyi və dəyəri 1 milyon funt sterlinq olan divar rəsmi təmir layihəsi çərçivəsində Dover Rayon Şurası tərəfindən sökülüb.
Ednews xəbər verir ki, Benksi sözügedən rəsmi 2017-ci ildə çəkib.
Rəsmdə Avropa İttifaqının bayrağındakı ulduzlardan birini parçalayan fəhlə əks olunmuşdu.
Qeyd edək ki, əsər Böyük Britaniyanın Aİ-dən çıxarılmasına səs verildikdən bir il sonra təqdim edilib.
Oguz