Estoniya sərhəddə tikinti işlərini başa çatdıraraq özünü hasarla rəsmi olaraq Rusiyadan ayırıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Estoniyanın daxili işlər naziri Lauri Lanemets “Politico”ya açıqlamasında bildirib.
“Məqsədimiz yüksək texnologiyalı müasir sərhəd infrastrukturudur” – nazir bildirib.
Hasarın uzunluğu 40 km-dir. Nazirin qeyd etdiyi kimi, Aİ-nin şərq sərhədi qabaqcıl avadanlıq, təhlükəsizlik sistemləri və müşahidə pilotsuz uçuş aparatları ilə təchiz edilməlidir. Rusiya ilə bütün sərhəd mühafizəsi layihəsi 2025-ci ildə tamamlanmalıdır.
Oğuz