İspaniya Müdafiə Nazirliyinin sözçüsü Husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumlarının artmasına qarşı ABŞ-ın rəhbərliyi altında yaradılan çoxmillətli koalisiyaya İspaniyanın qoşulmayacağını açıqlayıb.
Ednews birgun nəşrinə istinadən xəbər verir ki, Yəməndə husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə qarşı artan hücumlarına qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılmış çoxmillətli koalisiyaya indiyədək 20 ölkə dəstək verərkən, İspaniya Müdafiə Nazirliyinin sözçüsü İspaniyanın bu koalisiyaya qoşulmayacağını açıqlayıb. Baş nazir Pedro Sançesin iqtidara gəlmək üçün koalisiya qurma prosesində olduğu və Sumarın dəstəyinə ehtiyacı olduğu səbəbiylə koalisiyaya qatılmama qərarının verildiyi düşünülür. ABŞ-ın xarici siyasətinə qarşı çıxan solçu partiya, daxili siyasətdən qaynaqlanır.
Xəyal Ramiz