Google, robotların vurduğu zərəri məhdudlaşdırmaq üçün bir sıra üsullardan biri olaraq “robot konstitusiyasını” yazıb.
Ednews trthaber-ə istinadən xəbər verir ki, bu sistemlər “robotların daha sürətli qərarlar qəbul etmələrini və ətraflarını daha yaxşı başa düşmələrini və naviqasiya etmələrini təmin etmək” və bunu təhlükəsiz şəkildə həyata keçirməkdir.
Sistem robotun üzərindəki kameralardan məlumatları götürərək onları vizual dil modelinə və ya qısacası VLM-ə köçürməklə işləyir ki, bu da mühiti və içindəki obyektləri aşkar edib sözlərlə təsvir edir. Bu məlumatlar daha sonra bu sözləri anlayan və onlarla yerinə yetirilə biləcək tapşırıqların siyahısını yaradan GDM-ə verilir, sonra hansının yerinə yetirilməsi lazım olduğuna qərar verir.
Xəyal Ramiz