ABŞ prezidenti Co Bayden növbəti dəfə çıxışı zamanı çətin anlar yaşayıb.
Ednews RİA Novosti-yə istinadən xəbər verir ki, bu dəfə o, Ağ Evdə çıxışı edərkən konfrans zalında iştirak etməyən nazirə müraciət edib.
Bayden keçirilən tədbirdə zalda olmayan səhiyyə naziri Xavyer Beserranı digər məmurla səhv salaraq qadınların reproduktiv hüquqlarının qorunması ilə bağlı işinə görə ona təşəkkür edib.
Yalnız Beserra konfransa videobağlantı vasitəsilə qoşulub.