Hindistanın Cicaket vilayətində iki kənd makakalarının hücumuna məruz qalıb.
Ednews xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb. Ac olan vəhşi meymun sürüləri evlərə basqın edib, ərzaq axtarışında otaqları və mətbəxi alt-üst edib, soyuducuları açıb, məhsulları yerə boşaldıb.
Meymunlar ətrafdakı əkin sahələrinə ziyan vurub, buddist məbədinə aid yaşayış evlərinə soxulub. “Hücumlarda” üç minə yaxın meymunun iştirak etdiyi bildirilir.
Yerli sakinlər meymunların regiona turist axınına səbəb olacağına ümid etdiyindən onlara toxunmur. Sakinlər dövlətin aidiyyəti qurumlarını makakaların populyasiyasını məhdudlaşdırmağa çağırır. Belə ki, məhz makaka sayının həddindən artıq çoxalmasının bu heyvanların məskənlərində qida qıtlığına və onların kəndlərə hücum etməsinə səbəb olduğu iddia olunur.
Oğuz