İsrailin Milli Təhlükəsizlik naziri Ben-Qvir oğluna görə ABŞ prezidenti Co Baydendən üzr istəyib.
Ednews "Anadolu Ajansı"na istinadən xəbər verir ki, buna səbəb olaraq nazirin oğlunun sosial şəbəkə üzərindən etdiyi paylaşım olub.
Belə ki, "X" (Twitter) platformasında Ben - Qvirin oğlu, Co Baydeni degenerativ və alzheimer (xroniki yaddaş problemi) xəstəliyi çəkən bir şəxs olduğunu iddia edib. Ona kömək edilməsini söyləyib.
Qeyd edək ki, o, bu fikirləri Baydenin son günlərdə İsrail ünvanına qarşı ifadələr işlətməsi olaraq qiymətləndirilir.
Milli təhlükəsizlik naziri Ben-Qvir Bayden administrasiyası ilə fikir ayrılıqları olsa da, oğlunun vəzifəsinin ciddi səhv olduğunu bildirərək ondan üzr istəyib. Bununla da Ben-Qvirin oğlu da Baydenlə bağlı paylaşımını silib və ABŞ prezidentindən üzr istədiyini bildirib.
Əkbər Novruz