“Müxalifətçi Aleksey Navalnının ölümünün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizanın rəyini gözləmək lazımdır”.
Ednews xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Cəzaların İcrası Federal Xidməti (CİFX) Navalnının qəfil ölümünün səbəblərini araşdıracaq”.
Peskov qeyd edib ki, Navalnının ölümü barədə artıq Prezident Vladimir Putinə məruzə olunub.