Mark Zukerberq izah etdi: Texnologiya sektorunda ixtisarların səbəbi nədir?
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Facebook-un qurucusu və Meta-nın sahibi Mark Zukerberq texnoloji sənayedə ixtisarların niyə yavaşlamadığına dair nəzəriyyəsini izah etdi.
Mark Zukerberq deyib ki, texnologiya sektorunda ixtisarlar birbaşa süni intellekt ilə əlaqəli deyil və şirkətlər pandemiyadan sonra daha az işçi ilə işləməyin faydalarını kəşf edirlər.
Dünən yayımlanan bir podkastda danışan Meta CEO, şirkətlərin hələ də post-pandemiya dövrünə alışmağa çalışdıqlarını söylədi.
Koronavirus pandemiyası zamanı texnoloji şirkətlər pandemiyadan sonra həddindən artıq işçi götürdü və ixtisar etdi.
Microsoft, Google və Amazon kimi şirkətlərin "yenidən strukturlaşma və süni intellektin iştirak etdiyi sahələrə sərmayə qoymağı planlaşdırdığı" üçün işçilərini ixtisar etdikləri deyilsə də, Zukerberq süni intellektin tənliyin böyük bir hissəsi olmadığını ifadə etdi.
Xəyal Ramiz