Beynəlxalq Kosmik Stansiyada (BKS) hava sızmasının aşkar edildiyi bildirilib.
Ednews ntv.com-a istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ekipajın və stansiyanın təhlükədə olmadığı bildirilib.
Mütəxəssislərin ola biləcək sızmaların aşkarlanması və təmiri üçün müntəzəm iş apardığına diqqət çəkən açıqlamada, "Stansiyadan alınan məlumatlar müntəzəm olaraq təhlil edilmək üçün mütəxəssislərə ötürülür. Ekipaj və stansiya təhlükədə deyil" dedi.
Rusiya kosmonavtlarının 2022-ci ilin dekabrında BKS-də çıxış etmələri planlaşdırılan kosmos yürüşü Soyuz MS-22 gəmisində növbəti sızma səbəbindən ləğv edilib.
Xəyal Ramiz