"Navalninın xatirəsinə icazə olmadan hər hansısa bir yığıncaq keçirmək qanunsuz sayılacaq"
Ednews xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.
“İcazəsiz hər hansı yığıncaq qanunsuz sayılacaq və buna uyğun olaraq orada iştirak edənlər qanuna uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar”, o, mətbuat konfransında bildirib.
Qeyd edək ki, onun partiyası Rusiya paytaxtında mərasimdə iştirak edə bilməyən tərəfdarları yerli vaxtla axşam saat 19:00-da öz şəhərlərində toplaşmağa çağırıb.
Xatırladaq ki, hazırda Moskvada Navalnının dəfn mərasimi keçirilir.
Əkbər