Almaniya Xarici İşlər Nazirliyi uşaqların və işçilərin Qəzzadakı yardım mərkəzindən İordan çayının qərb sahilinə təxliyyəsinin təşkilinə yardım edib.
Ednews DW news-a istinadən bildirirki, bazar ertəsi günü 68 uşaq, eləcə də 11 işçi və onların ailələri Rafahdakı SOS Uşaq Kəndindən İordan çayının qərb sahilindəki Beytlehem şəhərinə “müvəqqəti olaraq təxliyə edilib”. Xarici İşlər Nazirliyinin sözçüsünə görə, SOS Uşaq Kəndləri qeyri-hökumət təşkilatı noyabrın ortalarında Almaniyanın xarici işlər nazirinə müraciət edərək Rəfahdakı kəndi üçün yardım istəyib.
DW sözçüsü, "İntensiv səylərimizin dünən nəhayət uğurlu olmasından məmnunuq və iştirak edən hər kəsə təşəkkür etmək istərdik" dedi. Qəzzanın cənubundakı Rəfah şəhərində 1 milyondan çox qaçqın sığınacaqdadır. Çoxları izdihamlı sığınacaqlarda və müvəqqəti çadırlarda yaşayır. Qəzzaya yardımın çatdırılmasına İsrail nəzarət-buraxılış məntəqələri və İsrailin Zolaqda davam edən hərbi əməliyyatları mane olub. Yardım qrupları ərzaq və ləvazimatların sürətlə tükəndiyini deyir. İsrail orada yerləşən qalan HƏMAS döyüşçülərinin kökünü kəsmək üçün Rəfahda hücuma keçməyə söz verib. ABŞ və Almaniya kimi ölkələr genişmiqyaslı hücumun baş verəcəyi təqdirdə ağır humanitar nəticələrlə bağlı xəbərdarlıq ediblər.
İsrail həmçinin hər hansı hərbi əməliyyatdan əvvəl Rəfahın bəzi hissələrinin boşaldılması planları üzərində işlədiyini bildirib.
Nahid