Sistem nasazlığı səbəbindən Efiopiya Kommersiya Bankından təxminən 40 milyon dollar çıxarıldığı öyrənildi. Bildirilib ki, pulun böyük hissəsi tələbələr tərəfindən çıxarılıb.
Ednews ntv.com-a istinadən xəbər verir ki, sistem nasazlığı səbəbindən Efiopiya Kommersiya Bankından milyonlarla dollar çıxarıldı .
Sistem nasazlığından sonra bankın əməliyyatları dondurması bir neçə saat çəkdi.
Ticarət Bankının prezidenti Abe Sano deyib: “Pulun böyük hissəsi tələbələr tərəfindən çıxarılıb. dedi.
Universitet şəhərciyindəki bankomatlarda uzun növbələr yaranıb.
Bildirilir ki, 82 il əvvəl yaradılan Efiopiya Kommersiya Bankında 38 milyondan çox adamın hesabı var.
Xəyal Ramiz