Avstraliya AUKUS müqaviləsi çərçivəsində əməkdaşlıq etdiyi İngiltərəyə nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşasına dəstək üçün 3 milyard dollar verəcəyini açıqlayıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Avstraliyanın müdafiə naziri Riçard Marles və Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Avstraliyada görüşüblər.
Tərəflər Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqların tikintisini dəstəkləmək üçün Britaniyaya 3 milyard dollar verəcəyini açıqlayıb.
ABŞ və Böyük Britaniya arasında texnologiya transferi yolu ilə Avstraliyanın nüvə enerjili sualtı donanmasının yaradılmasını hədəfləyən AUKUS Razılaşması 2021-ci ilin sentyabrında imzalanıb.
Avstraliya fevralın 20-də donanmasını ikiqat və modernləşdirmək üçün 7 milyard dollar büdcə ayıracağını açıqladı.
Xəyal Ramiz