Polşanın baş naziri Donald Tusk Rusiyanın “müharibədən əvvəlki” dövrdə olduğunu və bütün qitənin taleyi baxımından Ukraynanın Rusiyaya məğlub olmamalı olduğunu bildirib.
Ednews bbc-ə istinadən xəbər verir ki, Polşa baş naziri Donal Tusk açıqlaması zamamı "Müharibə artıq keçmişdən qalma bir anlayış deyil" deyən Polşa lideri, "Bu, realdır və iki il əvvəl başlayıb" deyib.
Tuskun açıqlamaları cümə axşamı Rusiyanın Ukraynanın enerji sisteminə böyük hücumundan sonraya təsadüf edib.
Rusiya lideri Vladimir Putin də bəyan edib ki, Moskvanın NATO ölkələrinə qarşı “aqressiv niyyəti yoxdur”.
O, həmçinin vurğulayıb ki, dünyanın ən böyük nüvə silahı ehtiyatlarına malik ölkəsinin NATO üzvü olan Polşa, Baltikyanı ölkələr və Çexiyaya hücum edəcəyi fikri “tamamilə cəfəngiyyatdır”.
Xəyal Ramiz