Rusiyanın xarici borcu son 17 ilin ən aşağı səviyyəsinə düşüb
Ednews rusturk.com-a istinadən xəbər verir ki, ötən il Rusiyanın ümumi xarici borcu 316,8 milyard dollara düşüb ki, bu da 2007-ci ildən bəri ən aşağı səviyyədir. Bu borcun böyük hissəsi dövlətdən başqa iri şirkətlərə və maliyyə qurumlarına məxsusdur. Lakin onların əksəriyyəti dövlətin nəzarətindədir.
RİA-nın verdiyi məlumata görə, bir il ərzində ölkənin xarici borcunda 17,7 faiz azalma qeydə alınıb.
Dövlət qurumlarının birbaşa cavabdeh olduğu Rusiyanın xarici borcu keçən il 32,7 milyard dollar azalıb.
Hesabata görə, xarici borcun ölkənin ÜDM-də payı 0,7 faiz azalaraq 15,8 faiz təşkil edib.
Xəyal Ramiz