ABŞ Çinin qabaqcıl çiplər istehsal etməsini və xüsusilə hərbi sahələrdə istifadə etməsini istəmir.
Ednews donanimhaber-ə istinadən xəbər verir ki, ABŞ ASML şirkətini Çinlə tərəfdaşlıq etməməyə çağırır.
Ötən il Çinin dərin ultrabənövşəyi (DUV) litoqrafiya sistemlərinə giriş də bağlanmışdı. Hər iki cihazın istehsalını bu sahədə demək olar ki, monopoliyaya malik olan Hollandiyanın ASML şirkəti həyata keçirir. Bu vəziyyət ABŞ tərəfindən birmənalı qarşılanmır.
Məlumatlara görə, ABŞ-ın ixrac siyasətlərinə cavabdeh olan yüksək səviyyəli rəsmisi Alan Estevez gələn həftə Hollandiya rəsmiləri və ASML nümayəndələri ilə görüşlər keçirəcək . Avadanlıq satışına qoyulan qadağanın uzadılmasının da bu danışıqlarda gündəm bəndlərindən biri olacağı bildirilir. Əgər bu danışıqların nəticələri ABŞ-ın istəklərinə uyğun olarsa, onsuz da çip istehsalında çətinlik çəkən Çin üçün işlər daha da çətinləşə bilər .
Xəyal Ramiz