Niderland Ukraynaya 24 ədəd müasir tipli F-16 qırıcısı təhvil verməyi planlaşdırır.
Ednews xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren "Ukrinform"a müsahibəsində məlumat verib.
Nazir bildirib ki, hər şey hazır olan kimi qırıcılar Ukraynaya təhvil veriləcək.
Onun sözlərinə görə, bu təyyarələrin təhvil verilməsi Niderland, Danimarka, ABŞ və digər ölkələrin birgə səyidir.