İsrailin İranın İsfahan şəhərinə hücumundan sonra neftin qiyməti qalxıb.
Ednews İnterfaks”a istinadən xəbər verir ki, bu xəbər Yaxın Şərqdə artan münaqişə və regiondan neft tədarükünün məhdudlaşdırılması qorxusunun yeni dalğasına səbəb olub.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 88,81 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışı ilə müqayisədə 1,7 dollar (1,95%) çoxdur.
Qeyd edək ki, cümə axşamı günü bu kontraktlar 0,18 dollar (0,2%) azalaraq 87,11 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin may fyuçerslərinin qiyməti 1,7 dollar (2,05%) bahalaşaraq 84,43 dollar/barelə bərabər olub.
Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri 0,04 dollar (0,1%) artaraq 82,73 dollar/barelə çatıb.
Əkbər