Bu gün dünya Qəzza müharibəsini dayandırmaq ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını gözləyir.
Ednews xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
Yayılan məlumata görə, Cənubi Afrikalı vəkilləri keçən həftə məhkəmədən fövqəladə tədbirlər görülməsini istəyərək, fələstin xalqının sağ qalmasını təmin etmək üçün İsrailin Qəzzanın cənubundakı yerləşən Rəfah şəhərinə başladığı hərbi əməliyyatları “dayandırılmalıdır” - deyə bildirib.
Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərarlar məcburidir, lakin Məhkəmənin icra səlahiyyətləri yoxdur.
Loğman Yunis