PKK-nın sözdə xüsusi təyinatlı strukturunda sui-qəsdçi olduğu təsbit edilən Suriya əsilli Berfin kod adlı Rima Abdullah Pəncəli Kilid Əməliyyatı bölgəsində zərərsizləşdirilib.
Ednews sozcu.com-a istinadən xəbət verir ki, Suriya və Şimali İraqda 9 əsgərin şəhid olduğu hücumlarda terrorçunun şəxsən iştirak etdiyi müəyyən edilib.
17 aprel 2022-ci ildə Hakkari Çukurca, Metina, Derecik və Şemdinli r bölgələrində 17 aprel 2022-ci ildə başladılan Pəncəli Kilid Əməliyyatı bölgəsində terror təşkilatı PKK-ya növbəti zərbə endirilib. İraqın şimalından Türkiyəyə terrorçular daxil olub. Zap vadisində yerləşən Mehmetçik müvəqqəti bazası ərazisinə hücuma hazırlaşdığı müəyyən edilən terrorçulara qarşı Silahlı Pilotsuz Uçuş Aparatı ilə əməliyyat keçirilib.
Suriyanın şimalındakı Haseki bölgəsində təhlükəsizlik qüvvələrinə hücum zamanı qadın terrorçunun ağır yaralandığı, lakin terrorçular tərəfindən qaçırılaraq müalicə olunduğu bildirilib.
Xəyal