Fələstin Həmrəyliyi Kampaniyası və digər qrupların Vestminsterdə təşkil etdiyi nümayiş zamanı 3 polis əməkdaşı yaralanıb.
Ednews ‘’BBC News” saytına istinadən xəbər verir ki, Fövqəladə hallar işçilərinə hücum, magistral yolun kəsilməsi və ictimai asayişin pozulması ilə bağlı 40 həbs edilib.
Etirazçıların "böyük əksəriyyəti" - 8,000 ilə 10,000 arasında insan - planlaşdırılan vaxtda insidentsiz ayrılıb, lakin, təxminən, 500 nəfərlik qrup qalaraq etirazını davam etdirib - deyə polis bildirib.
Fələstin Həmrəyliyi Kampaniyası, bazar günü ən azı 45 fələstinlinin ölümü ilə nəticələnən atəşdən sonra Qəzzada atəşkəs çağırışlarını təkrarlamaq üçün fövqəladə yürüş təşkil etdiyini bildirib.
Xalidə