Avropa Jurnalistlər Birliyinin İdarə Heyətinin sədri Adnan Fişenk ABŞ-da FETÖ terror qruplaşmasının tərəfdarlarının CNN Türk-ün müxbiri Yunus Paksoyun Pensilvaniyadan reportajı zamanı hücumunu pisləyib.
Ednews-un verdiyi məlumata görə, Fişenk verdiyi açıqlamada bildirib ki, Yunus Paksoya edilən hücumu şiddətlə qınayır, yumruq zərbəsi alan və yaralanan jurnalistimizə tezliklə şəfa diləyirəm.
Qeyd edək ki, Paksoy iyunun 1-də canlı yayım zamanı hücuma məruz qalıb. O, Ankaranın terrorçu hesab etdiyi və 2016-cı ildə dövlət çevrilişi cəhdinə görə məsuliyyət daşıyan FETÖ təşkilatının üzvlərinin yaşadığı malikanənin yaxınlığında reportaj verirdi.