Cənubi Koreya Şimali Koreya sərhədində hərbi fəaliyyətini bərpa etməyə hazırlaşır.
Ednews "Yonhap" nəşrinə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib.
"Bu vəziyyətin yaranmasına görə bütün məsuliyyət Şimali Koreya rejiminin üzərinə düşür və əgər o, əlavə təxribat törətməyə cəhd edərsə, ordumuz möhkəm Cənubi Koreya-ABŞ birgə müdafiə mövqeyinə əsaslanaraq sərt cavab verəcək".
Yonhap-a adının açıqlanmasını istəməyən hökumət mənbəsinin sözlərinə görə isə sərhəd yaxınlığında sabit səsgücləndiricilər (mikrofon və səs cihazları) quraşdırmaq planı yoxdur, çünki belə bir qərar yarımadada hərbi gərginliyi artıra bilər.
Xatırladaq ki, yarımadada iki ölkə arasında 2018 - ci ildən etibarən hərbi fəaliyyət dayandırılıb.
Əkbər Novruz