Rusiya prezidenti Vladimir Putin növbəti həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcək.
Ednews xəbər verir ki bu barədə “Vedomosti” qəzeti diplomatik mənbələrə istinadən məlumat verir.
Mənbədə bildirilir ki, Putinin Vyetnama səfəri iyunda və çox güman ki, KXDR-ə səfərindən dərhal sonra baş tutacaq.
Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora təsdiqləyib ki, Rusiya prezidenti Pxenyana səfər edəcək.
Qeyd edək ki, bu səfər Rusiya prezidentinin ölkəyə 24 ildən sonra ilk səfəri olacaq.
Əkbər Novruz