Süveyş kanalının gəlirləri kəskin şəkildə azalıb.
Ednews Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsinin sədri Osama Rabie məlumat yayıb.
Onun sözlərinə görə bu il Süveyş kanalın gəlirləri Qırmızı dənizdəki davam edən gərginlik səbəbindən 9,4 milyard dollardan 7,2 milyard dollara düşüb.
Qeyd edək ki, Suveyş kanalı hazırda dünyanın ən çox gəlir gətirən və gəmi nəqliyyatının ən sıx olduğu kanaldır.
Loğman Yunis