“Google” Rusiyada cərimələnib.
Ednews xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi “Telegram” kanalında məlumat verilib.
Məlumata görə, Moskvanın Taqanski Məhkəməsi "Google MMC"ni 4 milyon rubl cərimələyib.
Belə ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqda təqsirli bilinib.