Avropa İttifaqında (Aİ) bu gün qüvvəyə minən dünyanın ilk “Süni intellekt qanunu” bu sahədə texnologiyalardan istifadə ilə bağlı sərt qaydalar qoyur.
Ednews bloomberght.com-a istinadən xəbər verir ki, mayın 25-də Avropa İttifaqına üzv dövlətlər tərəfindən qəbul edilən qanun iyulun 12-də Birliyin Rəsmi Qəzetində dərc edildikdən sonra bu gün qüvvəyə minib.
Dünyanın ilk “Süni İntellekt Qanunu” kimi tanınan qaydalar 27 Avropa İttifaqına üzv ölkədə bu sahədəki tənzimləmələri mərhələli şəkildə uyğunlaşdıracaq.
Əsasən məqsəd AB ölkələrində istifadə edilən süni intellekt sistemlərinin əsas insan hüquqları və təhlükəsizliyinə zərər verməyəcək şəkildə işləməsidir.
Buna görə də qaydalar süni intellekt sistemlərini cəmiyyətə vurduğu zərərin səviyyəsinə görə qruplaşdırır. Risk dərəcəsi artdıqca qaydalar sərtləşir.
Aşağı riskli sahələrə süni intellekt tərəfindən dəstəklənən video oyunlar və ya spam filtrləri kimi proqramlar daxildir.
Aİ Komissiyası bildirir ki, hazırda Birliyə üzv ölkələrdə istifadə olunan sistemlərin əksəriyyəti bu kateqoriyaya aiddir.
İnsan davranışını manipulyasiya edən və ya insan zəifliklərindən istifadə edən süni intellekt sistemləri də qadağandır.
Xəyal